Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə” səfərdə “Kəpəz”i məğlub edib

19.02.2018 14:22     Sport reaksiya     1054

Fevralın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Kəpəz” klubu doğma meydanda “Keşlə”ni qəbul edib.

Reaksiya.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda qonaqlar minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu matçın 51-ci dəqiqəsində Fuad Bayramov ev sahiblərinin qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Keşlə” klubu yeddinci pillədədir. “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.

Turun sonuncu oyununda “Səbail” və “Qarabağ” klubları qarşılaşırlar.(Azertag.az)

 

Şərhlər