Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

24.02.2018 17:33     Sport reaksiya

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin finalına vəsiqə qazanıb. Reaksiya.az xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançımız 1/16 finalda avstraliyalı Ceyk Benstedi, səkkizdəbir finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib. R.Orucov dörddəbir finalda ermənistanlı Ferdinand Karapetyana heç bir şans verməyib. Rüstəm Orucov yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuz Yaponiya təmsilçisi Şohei Ono ilə üz-üzə gələcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər