Azərbaycan Premyer Liqasının XVIII turunun oyun cədvəli müəyyənləşib

27.02.2018 19:45     Sport reaksiya     1099

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyun cədvəli müəyyənləşib. Reaksiya.az xəbər verir ki, iki günü əhatə edəcək tura martın 3-də start veriləcək. İlk oyun günündə “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Kəpəz” və “Səbail” klubları üz-üzə gələcəklər. Turun ikinci gününün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Neftçi” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Zirə” və “Keşlə” klubları qarşılaşacaqlar. Qeyd edək ki, turnir cədvəlinə 44 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 27 xalla dördüncü, “Neftçi” 20 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (17 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.
Advertisement Banner

Şərhlər