"Səbail" Gəncədən əliboş qayıtdı

04.03.2018 17:47     Sport reaksiya     1231

Martın 3-də “Kəpəz”-“Səbail” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start verilib. Reaksiya.az xəbər verir ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda “Kəpəz” klubu minimal hesablı qələbə qazanıb. Matçın 23-cü dəqiqəsində Dario Junior 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Kəpəzi”i hesabda önə çıxarıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Eugeniyu Kokiusun qolu hesabda tarazlıq yaradıb – 1:1 . Birinci hissə bu hesabla başa çatıb. Qarşılaşmanın 49-cu dəqiqəsində “Kəpəz” ikinci topu qonaqların qapısından keçirib. Tarzin Cahangirov adını tabloya yazdırıb – 2:1. Beləliklə, görüş “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Kəpəz” 10 xalla səkkizinci, “Səbail” isə 17 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Reaksiya.az

Şərhlər