UEFA Çempionlar Liqası: “Mançester siti” və “Yuventus” dörddəbir finalda

08.03.2018 17:08     Sport reaksiya     1282

UEFA Çempionlar Liqasının səkkizdəbir finalında mübarizə aparan beş ingilis klubundan ikisi növbəti mərhələyə adlayıb. Reaksiya.az xəbər verir ki, bu gün keçirilən iki cavab qarşılaşmasında “Yuventus” və “Mançester siti” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda “Bazel”ə səfərdə 4:0 hesabı ilə qalib gələn “şəhərlilər” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2. Lakin səfərdə qazanılan böyük hesablı qələbə “Mançester siti”nin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edib. “Tottenhem” isə “Yuventus” səddini keçə bilməyib - 1:2 (2:2). Xatırladaq ki, dünən keçirilən iki oyundan sonra “Real Madrid” və “Liverpul” dörddəbir finala yüksəlib. Səkkizdəbir finalın digər dörd cavab qarşılaşması gələn həftə oynanılacaq. Martın 13-də “Mançester Yunayted” – “Sevilya” (ilk oyun 0:0) və “Roma” – “Şaxtyor” (1:2), martın 14-də isə “Beşiktaş” – “Bavariya” (0:5) və “Barselona” – “Çelsi” (1:1) oyunlarında qalan dörd vəsiqənin sahibi müəyyənləşəcək.

Şərhlər