"Sumqayıt" Bayıl Arenadan 1-0 hesablı qələbə ilə qayıdıb

10.03.2018 20:01     Sport reaksiya     1464

Bu gün 15:00-da Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Səbail” klubu “Bayıl Arena”da “Sumqayıt” komandası ilə qarşılaşıb. Reaksiya.az xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda Sumqayıt təmsilçiləri minimal hesabla qalib gəliblər. Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabı açıblar. Oyunun 69-cu dəqiqəsində Amil Yunanov topu rəqib qapısından keçirib. Görüşdə başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Səbail” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Şərhlər