Voleybol üzrə Novruz turnirinin püşkü atılıb

Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb.

Reaksiya.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Lokomotiv” komandası “Abşeron”la, AVF klubu isə “Azərreyl” ilə qarşılaşacaq.

Turnirə martın 16-da start veriləcək. Bir gün sonra saat 14:00-da final oyunu keçiriləcək.

Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Advertisement Banner

Şərhlər