“Barselona” “Çelsi”ni böyük hesabla məğlub edib

UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində “Barselona” “Çelsi”ni qəbul edib. Reaksiya.az xəbər verir ki, “Nou Kamp” stadionunda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda “Barselona”nın heyətində Messi (2) və Osman Dembele fərqləniblər. Xatırladaq ki, Londonda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, dörddəbir finala “Real”, “Yuventus”, “Sevilya”, “Bavariya”, “Barselona”, “Mançester Siti”, “Roma” və “Liverpul” vəsiqə qazanıb. Mərhələnin püşkatması martın 16-da keçiriləcək
Advertisement Banner

Şərhlər