Azərbaycan millisinin Belarus və Makedoniya yığmaları ilə oyunları üçün heyəti açıqlanıb

Martın 15-24-də Bakıda, martın 25-dən 28-dək isə Antalyada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Reaksiya.az xəbər verir ki, millimiz martın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Heyətə Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər iksi “Neftçi”), Maksim Medvedev, Elvin Yunuszadə, Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Ruslan Abışov, Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Ürfan Abbasov, Asif Məmmədov (hər üçü “Qəbələ”), Cavid İmamverdiyev, Tural Axundov, Rəşad Eyyubov, Amil Yunanov (hamısı “Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Araz Abdullayev (“Anortosis”, Kipr), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna) və Dimitri Nazarov (“Erzgebirge Aue”, Almaniya) dəvət olunublar
Advertisement Banner

Şərhlər

Çox oxunanlar