"Azərbaycan futboluna böyük itki"

16.03.2018 15:32     Sport reaksiya     1256

Azərbaycan futboluna böyük itki üz verib. Reaksiya.az saytının məlumatına görə təcrübəli mütəxəssis, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. 1958-ci il aprelin 20-də dünyaya göz açmış Böyükağa Hacıyev 2011-2013 və 2014-cü illərdə “Neftçi”nin baş məşqçisi olub. Bu müddət ərzində komandaya ölkə çempionluğunu (2012, 2013) və kubokunu (2013) qazandırmış Hacıyev “Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldib (2012).

Şərhlər