Qadın gimnastlarımız müxtəlif hündürlüklü qollarda hərəkətlərdə Dünya Kubokunun finalına yüksəliblər

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda daha iki qadın təmsilçimiz finala yüksəlib. Reaksiya.az xəbər verir ki, müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə yarışlarda qüvvələrini sınayan Marina Nekrasova (12,100 xal) və Yuliya İnşına (12,100 xal) Dünya Kubokunun finalına vəsiqə qazanıblar. Hər iki gimnastımız finalda mübarizə aparacaqlar. Bakıda üçüncü dəfə təşkil olunan Dünya Kuboku yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb. Qeyd edək ki, yarışlara martın 18-də yekun vurulacaq.
Advertisement Banner

Şərhlər

Çox oxunanlar