UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

17.03.2018 12:26     Sport reaksiya     990

Martın 16-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. Reaksiya.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib. Püşkü Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko çəkib. Püşkatmanın nəticələri aşağıdakı kimidir: “Barselona” (İspaniya) - “Roma” (İtaliya) “Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya) “Yuventus” (İtaliya) - “Real Madrid” (İspaniya) “Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) İlk oyunlar aprelin 3-4-də, cavab qarşılaşmaları isə aprelin 10-11-də olacaq. Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-də İsveçrənin Nyon şəhərində atılacaq. Xatırladaq ki, dördəbir final mərhələsinə üç ispan, iki ingilis, iki italyan və bir alman klubu vəsiqə qazanıb.

Şərhlər