"İdman Gimnastikası üzrə Dünya Kuboku"nun final mərhələsinə bugün start veriləcək

17.03.2018 12:30     Sport reaksiya     1469

Milli Gimnastika Arenasında keçirilən "İdman Gimnastikası üzrə Dünya Kuboku" yarışlarının final mərhələsinə bu gün start veriləcək Reaksiya.az verdiyi xəbərə görə, bugün kişilərdə "sərbəst hərəkətlər", "paralel qollar və halqalar", qadınlarda isə "dayaqlı tullanma", "müxtəlif hündürlüklü qollar" yarışları ilə davam edəcək. Həmyerlilərimiz Yuliya İnşina "dayaqlı tullanma" yarışlarında, "Marina Smirnova müxtəlif hündürlüklü qollar"da, Marina Nekrasova isə hər iki növdə öz güclərini nümayiş edəcəklər. Yarış mükafatlandırma mərasimi ilə başa çatacaq.

Şərhlər