"İdman Gimnastikası üzrə Dünya Kuboku"nun final mərhələsinin ilk günündə medallar öz sahiblərini tapıb - FOTOLAR

17.03.2018 19:45     Sport reaksiya     1453

Milli Gimnastika Arenasında keçirilən "İdman Gimnastikası üzrə Dünya Kuboku"nun final mərhələsində qaliblər medallar ilə təltif olunub. Reaksiya.az xəbər verir ki, final mərhələsinin ilk yarışına kişilərdə "sərbəst hərəkətlər"lə start verilib. Burada yapon idmançı Kaya Kazuma 14.233 xalla rəqiblərindən daha çox xal yığaraq birinci olub. 14.200 xal yığan ukraynalı Hyrbuk Volodymyr ikinci, 14.100 xal yığan sloveniyalı idmançı Klavora Rok isə kürsünün üçüncü yerində qərarlaşıb. Daha sonra kişilərdə "paralel qollar", qadınlarda isə "dayaqlı tullanma" idman növləri ilə yarışa davam etdirilib. "Paralel qollar"da 14.966 xalla yapon idmançı Fuya Maeno rəqiblərini qabaqlıyaraq qızıl medalın sahibi olub. 14.666 xal toplayan belaruslu Andrey Likhovitskiy gümüş, 14.366 xal qazanmış türkiyəli Ferhat Arıcan isə bürünc medalla kifayətlənib. "Dayaqlı tullanma"da isə iki həmyerlimiz Marina Nekrasova və Yuliya İnşina ilə təmsil olunurduq. Marina Nekrasova 14.216 xalla ikinci yeri tutaraq dünya kubokunda ölkəmizə ilk medalımızı qazandırdı. Digər təmsilçimiz Yuliya İnşina isə 13.466 xal toplayaraq dördüncü yerdə qərarlaşdı. Qızıl medalın sahibi isə 14.300 xalla olimpiya və dünya çempionu, Özbəkistanlı gimnast Oksana Chusovitina qazandı. Bürünc medal Sloveniyalı Tjasa Kysselefə qismət oldu. Günün ikinci yarısına kişilərdə "halqalar" qadınlarda isə "müxtəlif hündürlüklü qollar" yarışları ilə davam etdirildi. "Halqalar"da gözlənildiyi kimi olimpiya və dünya çempionu olmuş, yunan atlet Eleftherios Petrounias 15.333 xal toplayaraq kürsünün ən yüksək pilləsinə qalxdı. 15.100 xalla türkiyəli idmançı İbrahim Çolak gümüş, 14.866 xal qazanan çinli Xingyu Lan bürünc medalın sahibi oldu. "Müxtəlif hündürlüklü qollar"da da iki həmyerlimiz Marina Nekrasova və Mariya Smirnova çıxış etdi. Nekrasova 5.133, Smirnova isə 11.166 xal toplayaraq medal sıralamasından kənarda qaldı. Çin təmsilçilərindən Lyu Jiaqi 14.833 xalla qızıl, Huan Luo 14.433 xalla gümüş medala layiq görüldü. Ukraynalı Yana Fedorova isə 13.033 xalla bürünc medalla təltif olundu. Tədbir mükafatlandırma mərasimi ilə başa çatdı

Şərhlər

Çox oxunanlar