Bakıda keçirilən "İdman Gimnastikası üzrə Dünya Kuboku"nun sonuncu gününə bugün start veriləcək

18.03.2018 11:21     Sport reaksiya     1256

Bakıda keçirilən "İdman Gimnastikası üzrə Dünya Kuboku"nun sonuncu gününə bugün start veriləcək Reaksiya.az xəbər verirki, ilk öncə kişilərdə "dayaqlı tullanma", qadınlarda isə "gimnastika tiri" ilə yarışlara başlanacaq. Daha sonra kişilərdə "dəstəli at", qadınlarda "sərbəst hərəkətlər"lə yarışa davam etdiriləcək. "Sərbəst hərəkətlər"də həmyerlimiz Yuliya İnşina çıxış edəcək. Günün ikinci yarısında isə kişilərdə "turnik" gimnastika növü ilə yarışlara yekun vurulacaq. Mükafatlandırma mərasimindən sonra "İdman Gimnastikası üzrə Dünya Kuboku" bağlanış mərasimi ilə sona çatacaq

Şərhlər