Qurban Qurbanovun ilk onbiri bəlli olub

23.03.2018 19:21     Sport reaksiya     1509

Azərbaycanın Belarusla oynayacağı yoldaşlıq görüşünün ilk onbiri bəlli oldu. Reaksiya.az xəbər verir ki, Qurban Qurbanov start heyətdə komandamızın kapitanı Kamran Ağayev, Pavel Paşayev, Maksim Medvedev, Namiq Ələskərov, Ruslan Qurbanov, Ruslan Abışov, Coşqun Diniyev, Amil Yunanov, Riçard Almeyda, Şəhriyar Rəhimov və Cavid İmamverdiyevə şans verəcək. Rəqib Belarus yığmasinda isə Aleksandr Qutor, Stanislav Draqun, Aleksandr Matrınoviç(K), İqor Şitov, Sergey Politeviç, Pavel Savitski, Sergey Ksliyak, İvan Maeviski, Maksim Volodko, Drnis Laptev və İqor Staseviç forma geyinəcək. Qeyd edək ki, bugün saat 20:00-da keçiriləcək oyunu Latviyalı baş hakim Andris Treimanis idarə edəcək

Şərhlər