Bu gün Azərbaycan millisi Antalyada Makedoniya yığması ilə qarşılaşacaq

27.03.2018 14:32     Sport reaksiya     1236

Bu gün Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. AZƏRTAC xəbər verir ki, “Mardan” stadionunda türkiyəli hakimlərin idarə edəcəyi oyunda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. Matçın baş hakimi Halis Özkahya olacaq. Ona həmyerliləri Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək. Azərbaycan-Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Şərhlər