"MOİK" Peşəkar Futbol Klubunun baş məşqçisi dəyişib

28.03.2018 12:49     Sport reaksiya     1360

Mərkəzi Ordu İdman Klubundan Reaksiya.az-a bildiriblər ki, "MOİK" Peşəkar Futbol Klubunun  baş məşqçisi Ramil Vaqif oqlu Əliyev səhhəti ilə əlaqədar  vəzifəsindən istefa verib. 
"MOİK" Peşəkar Futbol Klubunun yeni baş məşqçisi təcrübəli məşqçi Azər Baqırov olacaqdır. 
Eyni zamanda “MOİK”-in  rəhbərliyi və kollektivi Ramin  Əliyevə  gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edir, tezliklə şəfa tapraq sağlamlığına qovuşmasını arzulayır.   
Yeni baş məşqçi Azər Bağırova isə işində uğurlar diləyir və komandamızın onun rəhbərliyi ilə də uğurlar qazancağına ümid edirik.
 

Şərhlər