Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək

05.04.2018 14:04     Sport reaksiya     1261

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək.

Reaksiya.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu doğma meydanda Rusiyanın MOİK komandası ilə qarşılaşacaq. Portuqaliyanın “Sportinq” komandası səfərdə İspaniyanın “Atletiko Madrid” klubunun qonağı olacaq. Günün digər matçında “Leyptsiq” (Almaniya) və “Marsel” (Fransa) klubları üz-üzə gələcəklər. İtaliyanın “Latsio” klubu isə Avstriyanın “Zalsburq” komandasını qəbul edəcək.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 23:05-də başlayacaq.

Şərhlər

Çox oxunanlar