Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli müəyyənləşib

05.04.2018 14:10     Sport reaksiya     1254

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 7-də start veriləcək. İlk oyun günündə “Keşlə” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Qarabağ” və “Səbail” klubları üz-üzə gələcəklər.

Turun ikinci gününün ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Qəbələ” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Neftçi” və “Sumqayıt” klubları qarşılaşacaqlar.

Qeyd edək ki, turnir cədvəlinə 50 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 40 xalla ikinci, “Sumqayıt” 35 xalla üçüncü, “Zirə” 34 xalla dördüncü, “Neftçi” 30 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (18 xal), “Keşlə” (17 xal) və “Kəpəz” (11 xal) qərarlaşıb.

Şərhlər