UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib

06.04.2018 15:53     Sport reaksiya     1136

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib. Reaksiya.az xəbər verir ki, bütün oyunlarda meydan sahibləri sevinən tərəf olublar. İngiltərənin “Arsenal” klubu doğma meydanda Rusiyanın MOİK komandasını böyük hesabla (4:1) məğlub edib. Madridin “Atletiko” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Günün digər matçlarında “Leypsiq” (Almaniya) “Marsel”i (Fransa) 1:0, “Latsio” (İtaliya) isə “Zalsburq”u (Avstriya) 4:2 hesabları ilə məğlubiyyətə uğradıblar.

Şərhlər