Bədii gimnastlarımız “İrina Cup” turnirində 2 gümüş medal qazanıblar

10.04.2018 16:53     Sport reaksiya     1100

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının gənc üzvləri Nərminə Səmədova və Nərmin Bayramova Polşanın paytaxtı Varşavada keçirilən “İrina Cup” yarışlarında uğurla çıxış ediblər. Azərbaycan Gimnastika Federasiyasından Reaksiya.az-a bildirilib ki, gənclər arasında mübarizə aparan gimnastımız N.Səmədova bütün alətlər üzrə xalların cəminə əsasən, çoxnövçülükdə gümüş medal əldə edib. Digər təmsilçimiz N.Bayramova isə yeniyetmələr arasında öz qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə fərqlənən gimnastımız, komandanın hesabına ikinci gümüş medalı yazdırıb.

Şərhlər