Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb

17.04.2018 22:31     Sport reaksiya     1171

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”-“Keşlə” qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Orxan Məmmədov kömək edəcəklər. Matçın AFFA nümayəndəsi Eldəniz Musayevdir. Hakim-inspektor funksiyasını Məlik Həsənov yerinə yetirəcək.

“Bakcell Arena”da oynanılacaq “Neftçi”-“Qəbələ” matçını isə baş hakim Rauf Cabbarov və onun köməkçiləri Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev idarə edəcək. Qarşılaşmanın AFFA nümayəndəsi Namiq Məstanov, hakim-inspektor isə Əli Hüseynov olacaq.

Hər iki oyun aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarında “Keşlə” komandası “Sumqayıt”a 1:0, “Neftçi” klubu isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.

Şərhlər