Bu gün futbol üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək

18.04.2018 14:36     Sport reaksiya     1287

Aprelin 18-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Reaksiya.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul edəcək. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Keşlə” cavab oyununda üstünlüyünü qoruyub saxlamağa çalışacaq.

Günün digər matçında isə “Qəbələ” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Qəbələdə keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar”a finala adlamaları üçün doğma meydanda heç-heçə də kifayət edir.

Şərhlər