Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avstriya millisinə qalib gəlib

10.05.2018 17:33     Sport reaksiya     1157

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib. Reaksiya.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Avstriya yığması ilə qarşılaşıblar. Görüş Azərbaycan yığmasının 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Şərhlər