Futbol üzrə Region Liqası turnirinin finalçıları müəyyənləşib

21.05.2018 16:29     Sport reaksiya     1200

AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqası turnirinin finalçıları müəyyənləşib. Reaksiya.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin oyunları keçirilib. Sumqayıtın “Uğur” komandası “Füzuli” kollektivini 3:0 hesabı ilə məğlub edib. “Araz” (Naxçıvan)–“Energetik” (Mingəçevir) qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və “Energetik” (5:4) finala vəsiqə qazanıb. Beləliklə, mayın 22-də saat 18:00-da Bayıl stadionunda keçiriləcək final oyununda “Energetik” və “Uğur” komandaları qarşılaşacaqlar. “Araz” və “Füzuli” komandaları həmin gün saat 14:00-da keçiriləcək oyunda üçüncü pillənin sahibini müəyyənləşdirəcəklər.

Şərhlər