Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

22.05.2018 14:40     Sport reaksiya     1494

Mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 5-də Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Reaksiya.az xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov

(“Zirə”), Səlahət Ağayev (“Neftçi”), Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda, Ramil Şeydayev, Mahir Mədətov

(hamısı “Qarabağ”), Ruslan Abışov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Ürfan Abbasov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Cavid İmamverdiyev, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Rahil Məmmədov

(“Səbail”), Slavik Alxasov (“Keşlə”), Araz Abdullayev (“Anortosis”, Kipr), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Dimitriy Nazarov (“Erzgebirge Aue”, Almaniya) və Ufuk Budak (“Samsunspor”, Türkiyə) dəvət olunub.

Şərhlər