Sabah voleybol üzrə Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edəcək

22.05.2018 14:44     Sport reaksiya     1326

Mayın 23-də qadın voleybol komandaları arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisini qəbul edəcək.

Reakiya.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər.

Qrupumuzun digər görüşündə isə Bolqarıstan və Ukrayna yığmaları bir-birini sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Şərhlər

Çox oxunanlar