FİFA Misiri cəzalandırdı

20.07.2018 13:52     Sport reaksiya     1147

FİFA-nın intizam komitəsi Misir Futbol Assosiasiyasını cərimələyib. 
Reaksiya.az xəbər verir ki, buna səbəb DÇ-2018-dən əvvəl Misir yığmasının qadağan olunmuş vaxtda yoxlama görüşü keçirməsi olub. FİFA futbolçuların zədələnməsinin qarşısını almaq üçün 21-27 may aralığında yoxlama görüşləri keçirməyi qadağan etmişdi. 
 
Ancaq Misir bu qadağaya əhəmiyyət verməyərək, mayın 25-də Küveytlə qarşılaşmışdı - 1:1. Məsələni araşdıran FİFA Misir Futbol Assosiasiyasına 50 min isveçrə frankı cərimə kəsib.  
 

Şərhlər