Ben Devis: “Azərbaycanla görüşdə qələbə çox vacibdir”

Düşünürəm ki, komandamızın hər üzvü qətiyyət, uğur qazanmaq istəyi var. Hesab edirəm ki, bu hiss qarşıdakı görüşlərdə də özünü göstərəcək”.

APA-nın məlumatına görə, bunu Uels yığmasının futbolçusu Ben Devis deyib.

Təcrübəli futbolçu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla noyabrın 16-da keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. B.Devis final mərhələsinə çıxmaq şanslarını qoruyan böyük britaniyalıların heyətində həlledici raundda oynamaq istəyini bildirib: “Biz Azərbaycan və Macarıstana qalib gəlmək istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq. Qaret Beyl və Aron Remsi kimi futbolçuların heyətdə olması sevindiricidir. Hesab edirəm ki, indiki heyətimiz çox şeyə qadirdir. Onlar qarşıdakı matçlara hazır olsalar, fayda verəcəklər. Avropa çempionatının final mərhələsində oynamaq istəyirəm. Azərbaycanla görüşdə qələbə çox vacibdir. Mən qalib gəlməyimizi istəyirəm”.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər