Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir

15-16 noyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində dörd gimnastika növü – kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi keçiriləcək.

Trend-in məlumatına görə, noyabrın 15-də qadın idman gimnastikası üzrə “balacalar”, “uşaqlar”, “yeniyetmələr” və “gənclər” yaş qruplarında yarışlar keçirilir.

Kişi idman gimnastikası üzrə gimnastlar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və böyüklər yaş qruplarında iştirak edir.

Noyabrın 16-da isə akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi yarışları baş tutacaq.

 

Yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə

Reaksiya.az

Advertisement Banner

Şərhlər