Yaşıl baxan,cənnət qoxan xatirələr... - Şeir

26.06.2015 04:57     YazarKlub     3361

Reaksiya.Az gənc yazar Qurban Qırmızının bir şeirini təqdim edir:

 

***

Yaşıl baxan,cənnət qoxan

Tozlu paslı xatirələr.

Gözlərindən bezən yaşlar,

Sözlərimdən qaçar kədər..

Boşa keçib,səhvi seçib,

Dünya fırlanıb hədər.

Danışmır ki,saçların da,

Söhbət edim, səhərə qədər.

Kimlər gəlir kimlər gedir,

Qurcalayır, xarab edir.

Döyünmür ki, bu ürək də.

Sussun hər kəs,sönsün şəhər.

Daha nə danışım,

Daha nə deyim mən.

Arzular həməndi,xəyallar həmən.

İçimdə ağrının,

Adı Sən, baxışı Sən!

Demə mənə əbəsdi,

Qorxma bir gün keçər gedər..

Yaşıl baxan,cənnət qoxan

Tozlu paslı xatirələr.

Gözlərindən bezən yaşlar,

Sözlərimdən qaçar kədər..

Boşa keçib,səhvi seçib,

Dünya fırlanıb hədər.

Danışmır ki,saçların da,

Söhbət edim, səhərə qədər.

Kimlər gəlir kimlər gedir,

Qurcalayır, xarab edir.

Döyünmür ki, bu ürək də.

Sussun hər kəs,sönsün şəhər.

Daha nə danışım,

Daha nə deyim mən.

Arzular həməndi,xəyallar həmən.

İçimdə ağrının,

Adı Sən, baxışı Sən!

Demə mənə əbəsdi,

Qorxma bir gün keçər gedər...

Şərhlər