Məhkəmə suçlu tapır, suç yenə şeytanə çıxır... - Qəzəl

Reaksiya.Az gənc yazar Bəhruz Şabılının bir qəzəlini təqdim edir:
 
 
Yenə qəlbimdəki səs hey mənə üsyanə çıxır,
Yenə rüzgar dəlirib, fırtına tüğyanə çıxır.
 
Həsrətin qanlı bıçaq, qəlbimə saplanmış inan, 
Yarası hey acıyır, min bəla bir canə çıxır.
 
Bir günü mən bəni adəm kimi gün görməmişəm, 
Sıra işgəncə olunca adım insanə çıxır.
 
Dostumun bəxti gətirməzdi, əzəldən belədir, 
Zir-zibil dosta çıxır, cek-potu düşmanə çıxır.
 
Günahı biz özümüz işləyən an yaxşı idi, 
Məhkəmə suçlu tapır, suç yenə şeytanə çıxır.
 
Bəhruz öz dərdini töksün varağa, yad eləsin, 
Oxuyan anlamıyır, şillə qəzəlxanə çıxır.
Advertisement Banner

Şərhlər