Birazdan günəş doğacaq - ŞEİRLƏR

                                    Nuri Pakdilə

 

Beton divarlar arasında bir çiçək açdı 
Siz qəhramanısınız dəmir dişliler arasında mübarizə aparan insanlığın 
Saçlarınız izdirab dənizində bir tutam buğda 
Əlləriniz kök atan ağacıdır zamana 
O inanmışlar dövrünün. 
  
Zaman axar yer dirəşir göy üzü qanad açar 
Siz ölümsüz çiçəyi daşıyırsınız köksünüzdə 
qaranlığın meşəliyində iman günəşidir gözünüz 
nəfəsiniz umudsuz ceyranların gözyaşını silir. 
  
Gün doğar rüzgar əsər bulut gəzişir 
Rəhmət şərqisini söylər yağmurlar 
Alnınız ən soylu üsyandır dəmir külçələrə 
gurultu susar səs donar sevgi toxumları partlar 
Səssiz bir bombadır danışır dərinlərdə. 
  
Ey bizim səbr yüklü torpağımızın qutsal ağacı 
Sən bizə həyatsan umudsan məzarlar kimi dərin 
Bizi tutan nəsə varsa dirildən o sənsən 
Üstündə uyuduğumuz kiçik quşların tüklərinin rəngli hərarəti. 
Ey damarlarımızda donan buz üzlü heykəllər diyarından 
Yıxıntılardan sonra sığındığım şəfqət anası 
Ey dağları yerinden oynadan səs ey mərməri toz eden külək 
Ey aləmi bürüyən işıq torpağa can verən əl. 
  
Gün gələr torpak oyanar oyanar böcəklər 
Sarı çöllər titrəyər çılpaq dağlar yamyaşıl olur göy yuyunur kirli 
dumanlardan 
Su coşar dəniz qabarar canlanar ölü şəhərlər 
Yamyaşıl bir külək əsər ulduzlar arasından. 
  
indi siz daşıyırsınız müjdənin qurğuşun yükünü 
Çatlayacaq yalanın dəmir qabığı 
Sizin bağçanızda böyüyəcək imanın günəş üzlü cocuğu.

Eşq risaləsi

 

Dirilmək yenidən

Yerin oyanması kimi tərpənməsi kimi torpağın

Buludları yarması kimi günəş şüalarının

Yağmurun qəfil yağmağa başlaması

Minlərlə quşun bir anda havaya pərvazlanması

Əriməsi kimi qarların və buzlaqların 
çırtlaması kimi ağacların tumurcuqların

 
Dirilmək yenidən 
Yüz illərdir davam edən bir bərzahtan geçmişik elə bil

qandan kindən qəzəbdən

üstümüzə bir leysan boşalmış kimi

durmadan ləkələndiyimiz məhvə məhkum edildiyimiz 
Bir bataqlıqdan xilas olurmuş kimi. 
  
addımlayanda oturanda yatanda 
Hey çürümək məcburiyyətində qalan

eşitdiklərimizə görə qulaqlarımız 
Gördüklərimizə görə gözlərimiz 
toxunduqlarımıza görə əllərimiz. 
  
görünür bir çöküş yaşamışıq 
Hər şeyə ölüm dadanıb elə bil

qadınlar ana olmamaq üçün ayaqlarını yerə vururlar

kişilər döyüşü yaddan çıxarıblar

uşaqlar onsuz da heç uşaqlıqlarını yaşamırlar

uşaqlıq çıxıb sıradan sanki

hər uşaq qədim dövr filosoflarından bir qalıntıdır elə bil. 
  
eşqin son səltənətini yaşamağa görədir, ey qəlbim 
Ruhun yaşadıqlarına bir qala olmağa görədir

Bu üsyan, bu şahlanma? 
  
Dayanmadan keçirdi o zamanlar 
Üstümüzdən tanklar toplar minlərlə tonluq maşınlar

Boğuq bir səs dəmirlərin çıxardığı qəribə səslər 
Bir metropol divinin içimizi titrədən iniltisi 
lap uzaqda şəhərlərin üstündə tərpənən

Bir qorxunun ürəyimizdə cəm olan tədirginliyi 
Bir  səmum yeli kimi bədənimizi üzümüzü saçlarımızı 
Yalayaraq 
Çəkirdi bizi və hər kəsi. 
  
Amma sən uzaqlarda idin ey qəlbim 
Uzaqlarda idin, sevdiyim uzaklarda 
Ayın və ulduzların çağlayaraq 
Bərrak şəlalələr kimi 
Coşğu içində axdığı 
Bir yerlərdə. 
  
yadındadı, bir gün bir çobana rast gəlmişdik 
qavalı ilə bir sümbülü emizdirirdi 
Adı Fərhad idi, nə idi 
qoyunların qurdların böcəklərin və çiçəklərin 
Sədaqətdən məst olduqları 
Hər birinin gözlərindən oxunurdu 
itirmişcəsinə sürüşürmüşcəsinə sürüşürmüşcəsinə

Dalıb getdiyimiz o səadət kainatı

Qayaların üzündən oxuduğumuz o əbədi şüur 
Bizi çəkib aparmışdı atar damarlarımızdan. 
  
söykən köksümə sevdiyim 
mənim könlüm göy kimidir mavi dəniz kimidir 
Pas tutmaz mənim içim yer üzü kibidir torpaq kimidir 
Sən də bulud kimisən 
Ay kimisən günəş kimisən bəzən. 
  
yağış damcılarının səsini

Dinləyirmişcəsinə 
Dalıb getmişdik 
Sən danışırdın 
incə incə yağan bir yağmur kimi danışırdın 
Onlar da qonaqlarımız idi 
Adları Kərəmdi Yusifdi Qeysdi 
Hamısı da əzəldən tanışdı dostdu. 
  
( Ara Çağırış ) 
 

Sən bir təzə xəbər kimi gəlmişdin unutmadım 
Hər gəlişin bir təzə xəbər idi unutmadım 
  
eşqdi alıb verilən altun bir dönəm idi yaşadığımız 
Bir muştuluq almağın davamlı gərilməsiydi sanki 
unutmadım 
  
Can qoyulardı evlərdə yollarda meydanlarda 
Can alınıb can verilərdi heç unutmadım 
  
Sən yatırdın yuxun bir təpədən tamaşa edilən ucsuz bir vadi 
sahilindən seyr etdiyimiz bir dəniz idi sanki unutmadım 
  
Ah sevgili! Həyat görünərdi qapından, bir döyünərdi 
ürəklərimiz də 
Sən evdən çıxanda günəşlər doğardı içimizdə 
unutmadım 
  
Torpağa atılan toxum onda gizlənən rəng biçim ətir 
Sənə görə formalaşardı rənglənərdi ətir saçardı sənə görə 
unutmadım 
  
Əbədi məsum uşaqlar zamanın solmayan çiçəkləri 
İstəmişdilər və əzan oxumuşdu Bilal bir səhər 
unutmadım 
  
O dirildi O dirildi deyə birdən çalxalanan küçələr 
Ölümdən sonsuza açılan bir qapı idi heç unutmadım 
Ey eşq ey diriliyin nəfəsi ey kainatın hərəkət qaynağı 
Necə unudaram, necə axı? Heç unutmadım. 
  
Haydı, gəl sevgilim 
Uzanaq torpağın altına 
Çiçəklər mayalansın köksümüzdən 
Bu axıb gedən bu kor kimi yol gedən 
qələbəliyi bu insanları 
əzən çiçəkləri, bir dəfə də olsun fərqinə varmayan 
tökülən bu ulduzları yağmur gölməçələrinə

Çığnayıb keçən bu kişilərə və qadınlara 
xəbərdarlıq etmək və onları dayandırmaq üçün

Bu bizi tərk edən, bacaları yetim və boynu bükük 
İçimizdə sonsuzluk qövslərindən izlərini daşıdığımız 
Amma indii özümüzü məcbur etsək də

Xatırlaya bilmədiyimiz, düzəldə bilmədiyimiz o qaranquşları

Ah təzədən geri qayıda bilərik mi? Yaşaya bilərik 
Uzansaq yerin altına və torpaq olsaq?
  
Haydı, gəl, sevgilim 
Bir daha yoxlayaq

Bir dəfə də kəsmək üçün yolunu qələbəliklərin

Ürəyimizdən, könlümüzün dərinliyindən

Vermək, hey vermək üçün 
Çünkü verdikcə çoxalır bizim zənginliyimiz 
eşqin başqa bir adı da bərəkətdir 
ən yaxşı başa salandır o 
Hirada bir mağarada 
Gözdən töküləni 
könüldən keçəni. 
  
Ah elə o sözü tapmaqdır mənim

məqsədim

Səni çağıracaq o söz. 
  
Necə də unutduq 
halbuki, elə xatırlayan kimi adını 
qəfil partlayan bahara bir pəncərə açmışdıq 
qış ortasında çıxan günəş kimi 
Birdən sıyrılıb buludlardan 
çılpaq görülən can kimi 
Doldurardın içimizi 
Və evimizin içini. 
  
Ah oruc olanda bir avqust günəşində
Bir qayanın dibindən qaynayan 
Soyuq və dumduru sulardan 
doya - doya 
ovuc - ovuc alıb

üzümüzə gözümüzə vuranda 
Duyduğumuz sərinlik 
kimidir
eşq. 
  
Ah bir tənhalıq dövründə 
Hamı ilə birgə olduğumz 
amma yenə də tək qaldığımız 
Bir parkda 
lap uzaşlardan gəlirmiş kimi 
Bir sazda bir mahnının 
Bizi bizdən və hər şeydən 
Alıp apardığı kimi 
eşq. 

 

Tərcümə: Oktay Hacımusalı

Advertisement Banner

Şərhlər