Dostoyevski, yoxsa Tolstoy?! - TÜRK YAZARLARINDAN SORUŞDUQ

Klassik rus ədəbiyyatının iki dahi yazarı Tolstoy və Dostoyevski 19-cu yüzillikdənbəri birbirləri ilə müqayisə edilməkdən qurtula bilmədilər. Biz də ədəbiyyatın usta qələm sahibləri Ahmet Altana, Ataol Behramoğlu, Gündüz Vassaf və Selim İleri'yə “Tolstoy yoxsa Dostoyevski?” sualını verdik.

Rus və dünya ədəbiyyatına dərindən təsir edən 19-cu əsrin iki böyük yazıçısı Lev Tolstoy ilə Fyodr Dostoyevski yüzillərdir birbirləriylə müqayisə edildilər. Qəribədir ki, iki yazar müasir olmaları və eyni sosial çevrəni paylaşmalarına rəğmən nə bir dəfə olsun yüz-üzə görüşdülər, nə də birbirlərinə bir sətir məktub yazdılar. Ancaq həyatlarınıda heç təmas nöqtəsi olmasa belə birbirlərinin əsərlərini hər zaman yaxından izlədilər. Dostoyevski “Bir yazarın gündəliyi” kitabında Tolstoyun dahi olduğunu və fövqəladə yüksək sənət götərdiyini vurğulayaraq bu ifadəni söyləyit: “Anna Kareninanın yazarı kimi insanlar toplumun müəllimləridir, biz isə sadəcə onların şagirdləri”. Tolstoy isə “Ölü evdən qeydlər” kitabını oxuduqdan sonra Dostoyevskini Puşkindən belə üstün tutaraq modern rus ədəbiyyatında Puşkinin əsərləri belə daxil olmaqla, belə bir kitab heç zaman oxumadığını söyləyir. Dostoyevskinin ölüm xəbərini aldıqdan sonra rus mütəfəkkiri və ədəbiyyat tənqidçisi Nikolay Straxova göndərdiyi məktubda dab u sözləri yazır: “Onu bir dəfə olsun belə görmədim və onunla heç zaman danışmadım. Amma indi öldüyü vaxt anladım ki, Dostoyevski mənə ən yaxın, ən qiymətli, ən gərəkli insan imiş...” Hər nə qədər eyni yazarı iki ad, birbirlərinin sənətinə beləcə doğru niyyətlə yanaşmış olsalar da, “Tolstoymu yoxsa Dostoyevski?” müqayisəsi 19-cu yüzillikdən bəri ədəbiyyat adamlarının və oxucuların ən çox mübahisə etdiyi məsələlər arasıdnda yer alır. Biz də sənətdə müqayisə və anketin yetərsiz, hətta gərəksiz olduğunu qəbul etsək də illərdir mübahisə edilən bu sualı ədəbiyyatın usta yazarlarını yönəltdik.

Ahmet Altan, Ataol Behramoğlu, Gündüz Vassaf və Selim İlerinin ‘Tolstoymu yoxsa Dostoyevski?' sualına cavabları belə oldu:

AHMET ALTAN: Əslində ədəbiyyat özündə bir çox müxtəlif yazara yer verən, çox rəngli dərya kimi axar. Ədəbiyyata biri digərinindən daha yaxşı kimi baxılmaz. Amma Dostoyevski və Tolstoy müasir olduqları və iki ayrı cərəyanı təmsil etdiklıri üçün bu sual hə zaman mövcud oldu. Mən Tolstoyu seçənlərdənəm. Tolstoyun fikirləri mənə daha çox “həyatı qucaqlayıcı” gəlir. Tolstoyun əlləri o qədər iridir ki, həyat onun üçün içindən axır kimi görsənir mənə. Hamçinin Tolstoyun qələminin gücünün də Dostoyevskidən daha çox olduğunu düşünürəm. Dostoyevskinin qələminin gücü çox deyil, amma “dəliliyin sərhəddini keçib dəlilər dünyasına, ağlın qara tərəflərinə gedib onları anladan bir xəbərçi kimi gəlir mənə. Yani, yazardan əlavə insanlık tarixində çox az insanın edə biləcəyi bəlkə də Dostoyevskidən başqasının edə bilməyəcəyi bir işi görmüş olaraq görünür. Mənim üçün Tolstoy yazar və ədəbiyyat olaraq daha böyükdür. Dostoyevski həyatın daha bir kəsimiylə əlaqə yaratmışkən bütün toplumu hadisələriylə birlikdə anlada biləb bir baxışa və gücə sahibdir. Ayrıca ədəbiyyata bütün bunlar bir az da sözdür, birini sevərsiz, birini sevməzsiz, mən Tolstoyu sevirəm.

Ataol Behramoğlu: Lev Tolstoyu hər zaman üstün tuturam. Romanlarında lazımsız uzatmalar olmadığına görə. Daha az didaktik olduğuna görə. Həm dvoryan dostlarını, həm də kəndlini eyni uğurla göstərdiyinə görə. Dostoyevskinin heç olmayan fövqəladə təbiət təsvirlərinə görə. Bəzən şüur ​​axınına yaxınlaşan izahat xüsusiyyətlərinə görə.

“Cinayət və cəza”nı, “Karamazov qardaşları”nı, “Səfeh”i bir daha oxuyacağammı bilmirəm. Lakin “İvan İliçin ölümü”nü, “Anna Karenina”nı, “Hərb və sülh”ü yenə oxuya bilərəm. Tolstoyun əsərlərində genişləndirilən, dərinləşən nəsə var. Dostoyevski isə həmişə öz ətrafında fırlanır sanki.

Nəticə olaraq ikisi də çox böyük yazardırlar. Lakin Tolstoyun açıq, işıqlı, araşdırmaçı, canlı həyatla dolu ruhu, mənə Dostoyevskinin narahat, əsəbi, patetik şəxsiyyətindən daha çox yaxındır.

GÜNDÜZ VASSAF: Bu sual, ilk dəfə eşidəndə, “Eşqlərindən hansını seçirsən?” sualı kimi və yaxud da bir gözümü, o biri gözümə seçməyim kimi gəldi mənə. İkisi də həyata fərqli toxunuş nöqtələri, onun üçün birini o birinə seçmək mümkün deyil. Tolstoya da eyni sualı veriblər, “Mən bu cür müqayisələri edə bilmərəm" – deyə cavab verib. Amma bu sual, neçə ölkədə müzakirə edilib, hələ də müzakirə edilməkdədir yazarlar arasında. Bu sual haqqında kitablar var. Rusiya çox xoşbəxt bir ölkədir ki, belə iki yazar ana dillərində onlara səslənib. Dünyada başqa hansı ölkə var ki, iki yazarını belə müqayisə edirik?!

Dostoyevski psixoloji romançılığın başlanğıcı, Tolstoy da əfsanənin, Homerin davamı sayılır. Lakin bunlar məncə süni kateqoriyalardır. Mən ikisində də insanı doya-doya yaşayıram.

Tolstoyda Dostoyevskiyə baxanda daha çox tarixi panaromanı, Dostoyevskidə isə içimdəki ziddiyyətli duyğuları görürəm. Tolstoyda tarixin məni yaşayır, Dostoyevski mən deyə bildiyim məni hər zaman heyrətləndirməyi bacarır.

Klassik bir sual var axı, "Kimsəsiz bir adaya getsən, hansı kitabı apararsan?" - deyə. Kimsəsiz adaya getsəm yanımda mütləq Tolstoyu aparıram. Amma evdə tək başıma olanda gecə yarısı kitabım da Dostoyevski olur.

SƏLİM İRƏLİ: Mənim yazarım şübhəsiz ki, Dostoyevskidir, amma Tolstoy da əlbəttə rus ədəbiyyatının ən böyük yazıçılarından biridir. Başda “Anna Karanina” olmaqla çox böyük bir zövqlə oxuduğum bəzi kitabları var. Dostoyevski isə yaradılışıma daha yaxındır. Ondakı böyük mərhəmət duyğusu, yazıçılıq həyatımdan mənə daim bələdçi oldu. Daxili dünyaları Tolstoydan daha dərindən araşdırdığı üçün XX. əsr ədəbiyyatına yol açan bir öncül yazar olduğunu düşünürəm. Təbii, Tolstoyun “Anna Karanina”sı da başlı başına bir daxili dünya təhlil etməsi, “İvan İliçin ölümü” də eyni şəkildə, amma Dostoyevski mənim yaradılışıma hər zaman daha yaxın gəldi. Öz daxili fırtınaları da mənə çox təsir edici hala gəlmişdir.

Advertisement Banner

Şərhlər