Diaspor rəhbərindən “İlham Əliyev Dövründə Türkiyə-Azərbaycan Əlaqələri” kitabı

09.01.2018 22:08     YazarKlub     2710

Kahramanmaraş Südçü İmam Universiteti Siyasət Elmi və Beynəlxalq Əlaqələr Bölümü tələbəsi, Kahramanmaraş Azərbaycan Təhsil və Mədəniyyət və Həmrəylik Dərnəyi sədri, Azərbaycan Ankara Səfirliyi Təhsil Müşavirliyi nümayəndəsi, İNDEX Dərnəyi Kahramanmaraş nümayəndəsi, Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin Türkiyə nümayəndəsi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ekspert Heyyəti üzvü və TUMİB Kahramanmaraş nümayəndəsi Tural Şahbazlının hazırladığı “İlham Əliyev Dövründə Türkiyə-Azərbaycan Əlaqələri” kitabı çap üçün son mərhələyə çatıb. Məlumatımıza görə, Türkiyənin İstanbul şəhərində “AYZIT Nəşriyyatı və Yayımevi”-də çapa hazırlanan kitab yanvar ayının sonunda satışa çıxarılacaq. Kitabla bağlı açıqlama verən diaspor rəhbəri söylədi ki: “Kitab əsasən prezidentimiz cənab İlham Əliyevin hakimiyyət dövrünü əhatə etsə də, kitabda Azərbaycan Respublikası 2-ci prezidenti mərhum Əbülfəz Elçibəy və ümummilli lider mərhum Heydər Əliyevin də hakimiyyət dövrlərində Türkiyə ilə əlaqələrimizə nəzər yetirilib”. Diaspor rəhbəri eyni zamanda kitabın satışından əldə olunan gəlir ilə Kahramanmaraş şəhərində təhsil alan azərbaycanlı tələbələrə təqaüd verəcəyini də bildirdi.

Şərhlər