Kənan Hacının vəziyyəti pisləşir

12.08.2015 12:05     YazarKlub     2685

Yazıçı Kənan Hacının “Reaksiya”ya verdiyi məlumata görə,  ona heç bir köməklik göstərilmir. Səhiyyə Nazirliyi gənc yazarın müalicəsi üçün köməklik göstərəcəklərini bildirsə də, o zamandan sonra təkcə sahə poliklinikasına müayinəyə göndərilib: “Poliklinikada qara ciyərin müayinəsi üçün heç bir avadanlıq yoxdur. USM aparatından da yoxlamadan keçirilmədim. Təkcə qan analizi verərək evə gəldim. Həkimlərin çoxu isə məzuniyyətdədir. Poliklinikanın tibbi təhcizatının necə olduğunu da hamı bilir”.

Yazar sağlamlıq vəziyyətinin getdikcə pisləşdiyini bildirib.  

Qeyd edək ki, gənc yazar Kənan Hacı Hepatit C virusundan əziyyət çəkdiyini, xəstəliyinin şiddətləndiyini, iş qabiliyyətini itirdiyini bildirmiş, müalicəsinə yardım olunmasını xahiş etdikdən sonra Səhiyyə Nazirliyindən kömək edəcəklərini bildirmişdilər.

Şərhlər