Xanım Əliyeva. Kim bilir? - Təsirli hekayə

10.06.2015 00:09     YazarKlub     2434

Xanım Əliyeva
 
Kim bilir?
 
(hekayə)
 
Səhər oyanar-oyanmaz əlimi telefona atıb, saata baxdım. Sonra yadıma düşdü ki, qolumda da saat var. Amma, artıq vərdişə çevrilmişdi. Lazım oldu-olmadı telefona baxıram. Bu səhər də digərlərindən bir şeyi ilə fərlənmirdi. Bu gün şənbə idi və məni həftə içi oyadan zəngli saat deyil, üzümə düşən günəşin parlaq şüaları idi. Maraqlıdır Yerdən neçə kilometrlərlə uzaqlıqda olmasına baxmayaraq Günəşin şüaları belə yandıra bilərmiş. Hamama keçib əl üzümü yuyandan sonra əynimi geyinər-geyinməz dərhal kompüter arxasına keçdim. Bu da başqa vərdişlərim kimi illərcə az qala canıma-qanıma keçib.
 
Sosial şəbəkəyə daxil olmağımla tələbə yoldaşımın mənə yazdığı ismarıcı oxumağım bir oldu. Məndən ona dərsliyi verməyi xahiş edirdi. Düzü özümə də lazım idi. Ancaq, tələbə yoldaşımın maddi vəziyyətinin yaxşı olmamasını nəzərə alsaq ona bir kitabı qıymamağım qəddarlıq olardı. Tural qürurlu oğlandır. Lakin, mənlə münasibəti yaxşı olduğuna görə məndən xahiş etmişdi. Aldığı tələbə təqaüdünə və valideynlərinin rayondan göndərdiyi 3-5 manata kitab nədir heç kirayədə qaldığı evin pulunu güclə ödəyirdi. Kirayədə bir neçə nəfər bir yerdə qalırdılar. Kirayə ev Xırdalanda yerləşirdi. Həyət evi olmasına baxmayaraq o qədərdə yaxşı vəziyyətdə deyildi. Sahibi azmaz əl gəzdirib kirayə üçün hazırlamışdı. Cəmi iki otaq vardı. Biri mətbəx digəri isə həm yataq, həm də qonaq otağı kimi istifadə edilirdi. Nəmişlikdən rəngi bozarmış divarlardan az qala mala belə yerə tökülürdü. Amma nə etmək olar, az pula belə halda olan evdə qalmaq məcburiyyətində idilər.
 
Turalın bir yerdə qaldı oğlanlar da pis insanlar deyildilər. Tərbiyəli, ədəb-ərkanlı, tələbəçiliklərini bacardıqları qədər sürən insanlardır. Hər səhər az qala saat 5də, 6da durmaq məcburiyyətində qalaraq avtobusla Memar Əcəmi stansiyasına gələrək, ordansa metroyla Gənclik stansiyasından yenidən avtobusla Tibb Universitetinə gedirdi. Bu boyda yolu qətt etmək nə qədər asan olmasa da başqa çarə yox idi. Tural əlaçı idi. Qrupda hamı ona qipdə edirdi. Hər kəs imtahanları müxtəlif yolla verdiyi yalda o, öz biliyinə arxalanır və bütün imtahanları özü verirdi. Lakin, bu səfər vəziyyət pis idi. Kafedrada bir müəllim var idi. Bu adam puldan başqa heçnəyə qiymət vermirdi. Nə insanın şəxsiyyəti, nə də onun biliyi bu müəllim üçün heç bir şey ifadə etmir, yalnız pul nəsə ifadə edirdi.
 
Müəllim tələbələrə öz yazdığı və dərc etdirdiyi kitabı satmaqla məşğul idi. Kim onun kitabın alırdısa imtahan vaxtı elədə boğma-sıxmaya salmırdı və imtahanda qiymət yazmaq üçün aldığı pul da çox olmurdu. Ancaq, əgər kimsə onun kitabın almazsa, o zaman həmin tələbənin vay halına. Günü qara, çörəyi para olurdu. Turalda belə tələbələrdən biri idi. İmkanı olmadığından o kitabı ala bilməmişdi. Təəccüblü də deyildi. Çünki kitab çox baha idi. Nəcəf müəllim ( müəllimin adı belə idi) üçün fərq etmirdi ki sənin imkanın çatır ya yox. Ya kitabı alacaqdın, yada imtahanda ən yaxşı halda üç alacaqdın. Onu da almaq ehtimalı çox aşağı idi. Tural kitabı almadığından keçirilən materialları kitabxanadan tapmaq məcburiyyətində qalmışdı. İmtahansa yaxınlaşmaqda idi. Cəmi bir aydan sonra qış sessiyası olacaqdı. Mən kitabı vermək istəyirdim, ancaq, özüm də oxumalıydım.
 
Özüm də elə imkanlı deyildim ki, onun üçün də bu kitabı alım. Verməyinə verdim kitabı. Lakin, verməyimə bir müddətdən sonra peşman oldum. Səbəbsə Turalın kitab aldıqdan dörd gün sonra dərsə gəlməməsi oldu. Əvvəlcə elə bildim ki, yəqin soyuqlayıb. Nə qədər olmasa dekabr ayı idi. Havalar əməllicə soyumuşdu, şaxta adamın canına necə işləyirdisə, dişlərim bir birinə dəyərək elə bil kastanyetada ifa edirdi. Dörd gün sonra Turala zəng etdim, amma telefonuna zəng çatmırdı. Qrupdada heç kimin xəbəri yox idi. Bir-iki gün də gözləyib onlara getməyi qərara aldım. Yeni il qabağı olduğundan əli dolu getmək fikrinə düşdüm. Təqaüdümü də təzə aldığımdan yolüstü mağazaya girərək, meyvə şirəsi, şirniyyat aldım. Ünvanı əvvəlcədən tələbə yoldaşlarımın birindən öyrənmişdim. Düşündüm ki, evlərini tapmaq elə də böyük probem olmaz. Ancaq, nə qədər yanıldığımı yalnız evi tapdıqdan sonra anladım. Avtobusla Xırdalana uzun yol getdim. Elə bil Xırdalana yox, ucqar rayonların birinə səyahət edirəm. Getdikcə yol bitmək bilmirdi. Sonda sürücü çatdığımızı deyəndə avtobusdan məndən başqa sərnişin qalmamışdı. Avtobusdan çıxaraq ətrafa göz gəzdirdim. Artıq hava qaralmışdı. Gözlərimlə heç olmasa kimisə aşkarlayıb, ondan dəqiq ünvanı soruşacaqdım. Lakin, bir kimsə yox idi. Çarəsizlikdən qabağa irəlilədim. Yol kol-kosla dolu idi. Aradabir ayağım çala-çuxura da girirdi. Qapıların birində yanan işıqda anladım ki, dizəcən palçıq içindəyəm. Ürəyimdə özümü söyə-söyə geri dönmək fikrinə düşsəmdə, fikrimdən vaz geçdim. Tində dayanmış oğlana ünvanı deyəndə o üzümə qəribə baxışlarla baxıb mənə yolu göstərdi. Biraz irəriləyib qapıya yaxınlaşaraq onu döyməyə başladım. Qapını açan olmadı.
 
Qapının dəstəyini tutaraq qapını açıb, həyətə daxil oldum. Qapqaranlıq idi. Telefonumu çıxardaraq həyətə işıq saldım və balaca daxmaya bənzər evi gördüm. Evin qapısını döydükdə qapıya Turalla qalan oğlan açdı. Məni içəri dəvət edərək özü həyətə çıxdı. Köhnə metal yataqda, yataq kimi köhnəlmiş yorğan döşəyin üstündə Tural sarıqlı uzanmışdı. Məni görçək dikəlməyə çalışdı. Xoş gəldin etdikdən sonra oturmağa dəvət etdi. Sınıq stul tapıb əyləşdim. Tural mənə danışdı ki, qəzaya düşüb. Məndən kitabı aldığı gün evə qayıdarkən yolda onu maşın vurub. Nədən məni aramadığını soruşanda, əziyyət vermək istəmədiyini bildirdi. Ona görə çox üzüldüm. Biraz söhbət etdikdən sonra əlimi cibimə ataraq cibimdən çıxan pulu başının altına qoydum.
Götürmək istəmədi, ancaq, sonra çox sağ ol deyib, gəlişimi onun üçün nə qədər gözlənilməz və xoş olduğunu dəfələrlə ifadə edərək mənlə sağollaşdı. Mənsə kitabı almağı unudaraq oranı tərk etdim.
 
Sessiya yaxınlaşdı. Amma, Tural aldığı xəsarətlərdən imtahanlara gələ bilmədiyi üçün sessiyadan keçə bilmədi. Sonrasa eşitdim ki, kursda qalıb. Arada əlaqə saxlayırdım, Hətta o görüşdən sonra bir iki dəfə yanınada getmişdim. Ancaq, elə gətirdi ki mən həmin il ali məktəbi bitirdim. Ali məktəbi bitirdiyim kimi ali məktəbdə tələbə yoldaşlarımlada münasibətlərim kəsildi. Hərbi xidmətə gedib-qayıtdan sonra  xəstəxanaların birində işə düzəldim. Bir neçə ildən sonra sevdiyim qızla da ailə qurdum. İki əkiz övladımız dünyaya gəldi. Günlərim yavaşca keçir, mənsə qocalırdım. Tural arada yadıma düşürdü. Görəsən nə edir, necə yaşayır, nə işlə məşğuldur. Məndə olan telefon nörəsinə zəng çatmırdı. Uzun müddət işlədilmədiyindən nömrə bağlanmışdı. 
 
Zaman keçdi. İllər elə bir göz qırpımından ötərək, yaşadığım günlər şirinli-acılı xatirələrə çevrildi. Artı evlənmiş, başım uşaqlarıma qarışmışdı. Oğlum Əli Neft akademiyasının ikinci kursunda oxuyurdu. Qızım Ayansa hələ 10-cu sinifdəydi. Həyat yoldaşımsa mənim iş yoldaşımdır. Psixoloqdur. Mən özümsə stomotoloq  işində çalışıram. Həyatımız bu hadisə baş verənə kimi sakit axarla keçməkdə idi. Lakin, bu hadisədən sonra hər şeyin belə dəyişəcəyinə özüm də inanmazdım. 
 
Günəşli yay günlərindən biri idi. Günəş öz şüalarını mənim tələbə vaxtımda olduğu kimi ürək açıqlığı ilə saçır, temperatursa ged-gedə qalmaxa başlayırdı. İstidən az qala halım pisləşəcəkdir, baxmayaraq ki, yayı həddindən artıq çox sevirəm. Oğlum çimərliyə getmək istəyirdi. Ancaq, icazə vermək fikrim yox idi. Çünki nədənsə mənə elə gəlirdi ki, dalğalar onu məndən həmişəlik alacaq. Ali məktəbə girdiyinə görə ona avtomobil hədiyyə etmişdim. Həmin avtomobili ilk dəfə çimərliyə sürmək və yəqin ki gənc qızlara göstərmək istəyirdi. Lakin, mən razılıq vermədiyimə görə çox qəzəblənmişdi. Uşaq olmadığını və artıq müstəqil həyata qədəm qoyduğundan belə qərarları özü verməli olduğunu mənə başa salmağa çalışsada bir şey alınmadı. Həmin gün həyat yoldaşım ya istidənmi idi, ya sadəcə intuisiyasındanmı idisə, özünü çox pis hiss edirdi.
 
O həddə çatmışdı ki, tibb məntəqəsinə müraciət etmək istəyirdi. Bir müddət sonra fikrindən daşınsada axşama kimi özünə gələ bilmədi. Oğlumdan səs soraq çıxmırdı. Mobil telefonuna zəng çatmırdı.
 
Çox narahat oldum. Dostlarının nömrələri məndə olmadığından onlarla əlaqə saxlaya bilmədim. Axşam on radələrində mobil telefonuma oğlumdan zəng gəldi. Dəstəyi qaldırar-qaldırmaz deyinməyə başladım. Səs oğlumun səsi deyildi. Zəng edən şəxs oğlumun çimərlikdən qayıdarkən  maşınında qəzaya uğradığını və təcili xəstəxanaya aparılaraq əməliyyat olunduğunu dedi. Narahat olmamağa əsas olmadığından sabah da gələ biləcəyəimizi bildirməsinə baxmayaraq ürəyim dözmədi.
 
Həyat yoldaşımı götürərək xəstəxanaya getdik. Oğlum reanimasiyada idi. Oğlumu əməliyyat edən cərrahla danışmaq qərarına gəldim və tibb bacısının göstərdiyi otağın qapısını döyərək həkimin razılığı ilə otağa daxil oldum. İçəri daxil olarkən yerimdə donub qaldım. Qarşımda tələbə yoldaşım Tural durmuşdu. Məni görcək oda həm təəccübləndi, həmdə sevindi.
 
Qucaqlaşıb, hal-əhval tutdu. Biraz dərdləşdik. O mənə danışdı ki, qəzadan sonra kirayə qaldığı evdən rayona, valideynlərinin yanına qayıtmalı olub. Özünə gəldikdən sonra yenidən universitetə bərpa olunaraq təhsilini davam etdirib. Ən göz yaşardıcı olansa o idi ki, mənim ona verdiyim kitab ilə təhsilini uğurla başa vurmuş, travmatoloq-cərrah ixtisasına yiyələnmişdir. Bəlkədə mən o zaman ona o kitabı verməsəydim indi oğlumu itirmiş olacaqdım. Deyirlər təsadüflər zərurətdən doğar. Bəlkədə belədir. Kim bilir?
 

Şərhlər